
“Kəpəz”in yoxlama oyunları üçün daha bir rəqibi məlum olub.
Milletinsesi.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Sarı-göylər” Sumqayıtın eyniadlı təmsilçisi ilə qarşılaşacaqlar. Matç iyulun 31-i Qəbələdə keçiriləcək. Görüşün başlama saatı barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, “Kəpəz” bunadək “Qəbələ” ilə yoxlama oyununda uduzub – 0:2. Gəncə klubu toplanış çərçivəsində daha 4 görüş keçirməyi planlaşdırır.
“Sumqayıt” isə Qəbələdəki toplanışı müddətində daha 3 matça çıxacaq. QOL.az