Kərim Vəliyev Gürcüstana GETDİ – Bu məsələlər müzakirə olunacaq

Sentyabrın 28-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Gürcüstana rəsmi səfəri başlayıb.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Səfər çərçivəsində keçiriləcək görüşlərdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, habelə regional təhlükəsizlik məsələlərinin müzakirə olunması planlaşdırılır.

Mənbə

Share: