“Düşmən Xersonda ən hazırlıqlı və döyüş qabiliyyətli bölmələrini cəmləşdirib…”
“Rusiyada dövlət çevrilişi ehtimalı çox azdır, Rusiya əhalisi əvvəlkitək Putinin Ukraynadakı müharibəsini dəstəkləyir…”
“Rusiya məğlub olandan sonra Moskvada hakimiyyət tez bir zamanda dəyişə bilər…”
Budanov Ukrayna Silahlı Qüvvələrinin Xersonun azad etməsi tarixini açıqlayıb
Müvəqqəti işğal altında olan Xersonun azad edilməsi üzrə əməliyyat, böyük ehtimalla, noyabrın sonunadək uzanacaq.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov “The Drive” nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, hazırda Ukrayna Silahlı Qüvvələrinin səyləri ona yönəlib ki, şəhəri mühasirəyə alsın, işğalçı ordu hissələrini təcrid etsin.
“Böyük ehtimalla, Xersonun azad ediməsi əməliyyatı növbəti ayın sonunadək davam edəcək…Biz məhz bunu etməyə cəhd göstəririk. Lakin zahirən onlar bizə qarşı dayanıb, bizə irəliyə getməyə mane olur və siz anlamalısınız ki, döyüşlər hər gün gedir”, – o, deyib.
Budanov “The Drive” müxbirinin bu fikri ilə razılaşıb ki, Xerson uğrunda döyüşlər “qanlı” olacaq. USQ bütün mümkün olanları edir, lakin vilayət mərkəzinin işğaldan azad edilməsi, Budanovun ifadəsinə görə, “mübarizəsiz ötüşməyəcək”.
Bu zaman o, qeyd edib ki, zəbt edilən Xersonda düşmən hazırda ən hazırlıqlı və döyüş qabiliyyətli olan bölmələrini toplayıb.
Kəşfiyyatın ilkin dəyərləndirməsinə görə, Rusiya ordusunun cənub istiqamətindəki qruplaşması 40 min nəfər təşkil edir.
Bu, hava-desant qoşunları, xüsusi təyinatlı qüvvələr və dəniz piyadasıdır. Onların gücləndirməsi üçün Xerson vilayətinə həm də mobil qüvvələr göndərilir.
“Bizim üçün istənilən təhlükəni törədən təxminən 40 minlik döyüş bölmələridir. Xerson bu qruplaşmanın ortasındadır. Bu, Xersonda, Dneprin qərb sahili rayonlarında olan, həmçinin şərq sahilində dislokasiya edilən qoşunlardır”, – kəşfiyyat rəisi izah edib.
Daha sonra Budanov Rusiyada ictimai-siyasi vəziyyətdən danışıb.
O, bəyan edib ki, hazırda Rusiyada dövlət çevrilişi ehtimalı çox azdır, lakin müharibədə məğlubiyyətdən sonra Moskvada hakimiyyət tez bir zamanda dəyişə bilər.
Onun sözlərinə görə, Rusiyada hazırki prezident Vladimir Putini kim əvəz edə biləcəyi barədə diskusiyalar gedir. Lakin müharibənin sonunadək o, sağ qalmaya bilər, Budanov hesab edir.
“Çətin ki, sağ qalsın. Rusiyada onu əvəz edə biləcək adamın kimliyi barədə fəal diskusiyalar aparılır”, – o, deyib.
Rusiya diktarorunun mümkün varislərinin adını çəkməyə risk etməyən kəşfiyyat rəhbəri deyib ki, Rusiya əhalisi əvvəlkitək Putinin Ukraynadakı müharibəsini dəstəkləyir.
“Rusiya Federasiyasının əhalisi hakimiyyəti və onun hərəkətlərini Rusiya darmadağın olanadək dəstəkləyəcək. Rusiya uduzandan sonra isə dərhal deyəcəklər ki, onların buna aidiyyəti yoxdur və onların lideri haqlı olmayıb”, – Budanov deyib.
O, hesab edir ki, hazırda Rusiyada dövlət çevrilişi üçün şans yoxdur, lakin müharibədə məğlub olduqdan sonra bütün günahları Putinin üzərinə qoymağa adam tez tapılacaq.
“Mən, ümumiyyətlə, rusiyalılara inanmıram. Kim hakimiyyətə gələrsə, bütün pis işlərə görə mütləq Putini ittiham edəcək”, – Budanov əlavə edib.