Kabildə partlayış – 6 nəfər öldü

Kabildə partlayış – 6 nəfər öldü

Əfqanıstanın paytaxtı Kabil şəhərində kamikadze hücumu ilə partlayış törədilib.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” yerli rəsmilərə istinadən məlumat yayıb.

 

Ölkənin Xarici İşlər Nazirliyi yaxınlığında baş verən partlayış zamanı 6 nəfər həlak olub. Partlayış nəticəsində bir neçə nəfərin yaralandığı bildirilir.

 

Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Mənbə

Share: