Kadırov Zelenski, Podolyak və Qordona şeir yazdı…

“Bilin ki, əbəsdir bütün çabalar,
Cəhənnəm əzabı gözləyir sizi!
Rusların partlayan bir gücü vardır-
“Ahmat”dır, qıracaq o, belinizi!..”

Müqəddəs Valentin günündə Kadırov Zelenski, Podolyak və Qordon haqqında şeir yazıb

Çeçen “şairi” Ramzan Kadırov özünün Avropanın xəbərlər gündəmində yeri barədə şeir yazıb.

Moderator.az xəbər verir ki, bu barədə o, fevralın 14-də Telegram-kanalında yazıb. Məlumatı “QORDON” internet nəşri yayıb.

Şeirdə Ukrayna prezidenti Vladimir Zelenski, Çin Xalq Respublikasının sədri Si Tszinpin, ABŞ-ın keçmiş prezidenti Donald Tramp xatırlanır.

Şeir birinci şəxsin adından yazılıb, bu, ehtimal ki, Çeçenistan rəhbərinin özüdür. “Kadırov və Avropa KİV-ləri” adlanan mətndə o, özünün Avropa və Ukrayna mediasının populyar nyusmeykeri mövzusu barədə fantaziyalara qərq olub.

Şeirdə həmçinin Rusiya və Ukraynanın bir sıra tanınmış şəxslərindən bəhs edilir. Bunlar Dmitri Qordon, Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak, sabiq müşavir Aleksey Arestoviç, Çeçenistanın sürgündə olan tanınmayan Respublikasının rəhbəri Əhməd Zakayev, rusiyalı hüquqşünas və bloger Mark Feyqin və yazıçı Viktor Şenderoviçdir.

Çeçenistan rəhbəri istehza ilə deyir ki, Qroznıya iki tərəfdən- “Zakayev Polşa geylərinin bölüyü ilə” və “Zelenski qarğalar korpusu ilə” hücum edir.

O, tənqidçilərinin və Qərb KİV-lərinim özü barədə yaydığı şaiələrə gülür, sonda Şenderoviçin ona Məkkəyə getmək məsləhəti ilə razılaşır.

Siyasətçi Qərb nəşrləri və jurnalistləri ilə “qarşılıqlı münasibətlərindən” danışıb. Kadırov istehza ilə deyib ki, “dünya gündəmindən geri qalmamaq üçün” “YouTube”-a baxır. Başlıq  və süjetlərə nəzər salanda  təəccüblə müəyyən edir ki, heç demə, “ucuz qiymətə Tayvanı alıb” və ya “Avropa İttifaqı onun iki kötücəsinə qadağa qoyacaq”.

Kadırov öz postunda yeni “informasiya bombası” barədə də danışıb, guya “O, öz dostu Trampa Bamut yabanı sarımsaq növləri barədə məlumat sızdırıb” (Bamut Çeçenistanda kənddir). 

Çeçenistan rəhbəri Arestoviçə gülərək, onun Kadırovun həbsi barədə “xoruzlandığını” yazıb.

O, deyib ki, düşmənlərin bütün çabaları əbəsdir, çünki rusların “Ahmat” adlı “dağıdıcı gücü” vardır.

Beləliklə, Kadırovun “möhtəşəm” poeziyasına baş vuraq:

Kadırov və Avropa KİV-ləri

Dünya gündəmindən
düşməmək üçün
Yutuba girirəm, hara baxıram-
Xəbərlər yayılır, demə,
Kadırov
Tayvanı alıbdır, lovğalanıram!

Avroittifaq da lap səhər tezdən
Dünya bəlasından yan keçsin gərək!
Ramzanın ikicə kötücəsinə
Tabu qoyacaqdır, deyir sevincək!

Hardasa, xəlvəti uzaq Benoya,
Ora bax, görürsən, bir bomba düşüb!
Bamutun yabanı çöl sarımsağın
Kadırov öz dostu Trampla bölüşüb!

Təsəvvür edirsən, 
Axmatıç bölür
Çinin müəmmalı sərhədlərini!
Çox bilmək istərdim, sədr
Tszinpinə
Bəs necə çatdıraq biz bu xəbəri?

Nüvə silahını nəzərdə tutur
Ramzan “don” sözüylə? Qoy elə yaxsın!
And iç Podolyakın çatma qaşına,
Görüm, bu Qordon da maaşa baxsın!

Yenə xoruzlandı bu Arestoviç-
Çox keçməz, Kadırov zindana düşər!
Qadın, uşaqları hey qorxudaraq,
İcmalçı olubdur yenə cadugər!

Status yazılıb, feyk xəbər deyil,
Bu NATO qunduzu Feyqin kimilər,
Dişlərin qırarıq biz uf demədən, 
Çox pis aqibətlə onlar üzləşər!

“Kadırov qoy gəlsin dindirmələrə” –
Haaqa təcili xəbər göndərib!
Görünür, dozanı aşıb ingilis,
Pivədən vurubdur, ipin itirib!

Çeçenə hücum var iki tərəfdən,
Hədəfə alıblar paytaxt Qroznunu!
Zakayev bölüyü-Polşa geyləri!
Bir də ki, Zelyanın qarğa-quzğunu!

Bilin ki, əbəsdir bütün çabalar
Cəhənnəm əzabı gözləyir sizi!
Rusların partlayan bir gücü vardır-
“Əhmat”dır, qıracaq o belinizi!

Ramzan Alyaskada hünər göstərib,
İkinci cəbbədə var uğurları!
Qurana sadiqdir, gör necə qovub
Marallarla birgə o şeytanları!

Sosial şəbəkədə bu Şenderoviç
Müqəddəs Məkkəyə göndərib, Allah!
Çox sərrast düşünüb, etiraf edim:
Ora istəyirəm gedəm, İnşaAllah!..

* Benoy Çeçenistanda kənddir.

Mənbə

Share: