Kahının inanılmaz faydaları – arıqlama, cavanlaşma, gözəl dəri – VİDEO

Kahı göyərti deyil, yarpaq tərəvəzi sayılır. Kahının müxtəlif növləri var – açıq yaşıl tünd qırmızı rənginə kimi. Kahının bütün növləri olduqca faydalıdır.

Kahı bir çox faydalı vitamin və mikroelementlərlə zəngindir. Kahıda A, B qrupu, E, PP,C karotin kimi vitaminlər, kalsium, maqnezium, kalium, fosfor və s. faydalı mikroelementlər var.

Yaz aylarında insan orqanizmi avitaminozdan əziyyət çəkir. Bu vəziyyətdə kahı kimi zəngin vitamin-mineral mənbəyi bizə çox yaxşı kömək edə bilər.

Saglamolun.az bildirir ki, kahının tərkibində çox az məhsullarda rast gəlinən fol turşusu da var. Fol turşusu qanyaratma, sinir sistemi üçün çox vacibdir. Hamilə qadınlar üçün bu vitamin ən əsas rollardan birini oynayır. Sübut olunub ki, fol turşusu dölün sinir sistemində qusurların inkişafının qarşısını alır. Məhz bu səbəbdən qadınlara hələ hamiləliyin planlaşdırılması mərhələsində və sonra hamiləliyin ilk günündən sonuna kimi fol turşusu təyin olunur.

Əmizdirən analar da kahını öz qidalanmasına daim daxil etməlidir. Belə hesab olunur ki, kahı südün ifrazını artırır.

Kahı təbii liflərlə zəngindir və bu səbəbdən bağırsaqların fəaliyyətinə çox müsbət təsir edir, həzm proseləri yaxşılaşdırır, qəbizliklə mübarizədə kömək edir, orqanizmdən duzları, şlakları, toksinləri, artıq xolesterini və digər ziyanlı maddələri çıxardır.

Kahı mübadilə prosesləri yaxşılaşdırır.

Kahı həmçinin qanın laxtalanmasını yaxşılaşdırır, anemiya zamanı yaxşı kömək edir.

Kahı qanda şəkərin səviyyəsinin tənzimlənməsinə kömək edir və bu səbəbdən şəkərli diabet xəstəliyi olan insanlar üçün faydalıdır.

Kahı insanın sinir sisteminə də müsbət təsir edir, yuxunu tənzimləyir.

Ağır xəstəlik, əməliyyat keçirmiş insanların qidalanmasında bu faydalı tərəvəz mütləq olmalıdır. İdmançıların qidalanmasına da bu tərəvəzi daim daxil edirlər. Kahı orqanizmin daha tez bərpa olunmasına kömək edir.

Öskürək və bronxit zamanı kahı şirəsi çox yaxşı bəlğəmgətirici təsir edir.

E, A, C kimi antioksidant-vitaminlərlə zəngin olan kahı orqanizmdə gedən qocalma prosesləri ləngidir.

Kahı azkalorili məhsuldur və bu səbəbdən artıq çəki ilə mübarizə aparan insanlar kahını müxtəlif salatlarda, buterbrodlarda istifadə edə bilərlər.

Kahını bıçaqla doğramaq tövsiyə edilmir, əllə bölmək lazımdır. Kahını müxtəlif salatlarda istifadə edin. Salatlara mütləq bitki yağı və ya xama əlavə edin. Bu A vitaminin daha yaxşı mənimsənilməsinə kömək edir.

Vitamin və minerallarla zəngin olan kahə müxtəlif kosmetik maskaların tərkibində də istifadə olunur. Belə maskalar dərini nəmləndirir, daha elastik edir, təravətləndirir, cavanlaşdırır. Bu kimi maska hazırlamaq olar: kahı yarpaqları blenderdə əzilir, 1 xörək qaşığı xama əlavə olunur, yaxşı qarışdırılır və təmiz üz dərisinə çəkilir. 20 dəqiqədən sonra maskanı ilıq su ilə yuyun.

Ən sadə resept: kahı yarpaqlarını bir qədər əzin və təmiz üz dərisinə qoyub 20 dəqiqə uzanın.

Share: