Kaliforniya ştatında meşə yanğınları səbəbiylə 119 min insan təxliyə edilib.
“Milletinsesi.az” xəbər verir ki, bu barədə Kaliforniya ştatının qubernatoru Gevin Nyusom açıqlama verib.
Bölgədə yayılan yanğın mərkəzlərinin sayının 560-a, ümumi yanan ərazinin ölçüsünün isə 90 min hektara qədər artdığı qeyd olunub.
“Evakuasiya ilə bağlı bildirişlərə çox ciddi yanaşmaq lazımdır. Bu günə qədər 119 min insan təxliyə edilib”,- deyə qubernator sözlərinə əlavə edib.
Ən son məlumatlara görə, bu günə qədər ştatda 480 tikili yanğın nəticəsində məhv olub, daha 125-i ciddi zərər görüb və 30 mindən çoxu isə yanğın təhlükəsi ilə üzləşib. Bölgədə hava isti və quru olaraq qalır.