Kamboca ilə sərhəddə baş verən toqquşmalarda ölən Tayland əsgərlərinin sayı 5-ə çatıb

Kamboca ilə sərhəddə baş verən toqquşmalarda ölən Tayland əsgərlərinin sayı 5-ə çatıb

Kamboca ilə sərhəddə toqquşmalar zamanı həlak olan Tailand hərbçilərinin sayı 5-ə çatıb, 68 hərbçi yaralanıb.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Tailand quru qüvvələrinin 2-ci Ordu Bölgəsindən verilən məlumatda deyilir.

Qeyd olunur ki, son ölüm hadisəsi Kamboca ilə sərhəddə yerləşən Sisaket əyalətindən olan 20 yaşlı hərbçi olub. Tailand hərbi səlahiyyətliləri daha əvvəl 68 nəfərin yaralandığını bildirmişdilər. Bu arada, Tailand Hərbi Hava Qüvvələrinin məlumatına görə, Kamboca qüvvələri indiyədək 61 nəfərin ölümünə səbəb olub.

Dekabrın 7-də Tailand və Kamboca sərhədində silahlı toqquşmalar başlayıb. Bazar ertəsi Tailand Kral Ordusu bildirib ki, Kamboca qüvvələri səhər tezdən sərhəd bölgəsindəki Tailand mövqelərini atəşə tutub. Tailand Hərbi Hava Qüvvələri buna cavab olaraq Kambocanın hərbi infrastrukturuna hücum edib. Taylandın İkinci Ordu Bölgəsi həmçinin bildirdi ki, Kamboca bazar ertəsi və çərşənbə axşamı BM-21 reaktiv yaylım atəşi sistemləri və kamikadze dronları ilə Tayland ərazisini atəşə tutub. Tailand hərbçiləri əsas ərazilərə nəzarəti ələ keçirmək və düşmənə ziyan vurmaq üçün cavab atəşi açıblar.

Share: