
Sakit okeanda Kamçatka sahillərində 6,1 maqnitudalı zəlzələ olub.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geoloji Xidməti məlumat yayıb.
Yerli vaxtla saat 18.03 radələrində baş verən zəlzələnin ocağı Petropavlovsk-Kamçatskdan 340 km uzaqlıqda, 58,8 km dərinlikdə yerləşib.