Kamil Musavi Salyanda “minaya” düşdü

Kamilin yaralı gözlərini, nədən bir də yaraladınız ki? Öpüb göz üstünə qoyulası o gözlərə qıyılarmı heç?..

Bax, beləcə həmişə gülərüz ol, Kamil!

Sənin üstünə gələnlər 30 ildi gözün ovulduğu yerə cürət edib gedə bilmirlər… onlar heç vaxt qanmayacaqlar ki, bir qazinin hər gecə yuxusuna girdiyi itirdiyi ayağı, gözü müzakirə etmək nə deməkdi.

Onlar qanmadılar ki, bir qazinin Vətən yolunda itirdiyi gözlə oynamaq təmas xəttində müşahidə məntəqlərindən düşməni nəzarətdə saxlayan gözlərə xəncər soxmaq kimi bir şeydi…

Bilirəm Kamil, gözünün nurunu bu Vətən uğrunda qurban verdin.

Bəlkə də bax o tək gözünlə gözünün nurunu itirdiyin yerə əlisilahlı gedəcəksən, itirdiyin ayağını axtaracaqsan…
Bütün bunlar nə qədər dəhşəti olsa da, sən yıxılmamısan, ayaqdasan qardaş!

Kamil!!!

Kimdən incisən də, gözünü və ayağını yolunda qurban verdiyin bu millətdən incimə.

Düşmən təkcə səngərlərimizə qədər deyil, səni yüz manata söyən insanlara, aktyorlara, artistlərə, müəllimlərə, mətbuata, polisə, məktəb direktorlarına qədər çoxlarını işğal edib. Əgər düşmən bu ölkəni işğal etməsəydi…

100 il öncə babalarımız müstəqilliyi qorumaq üçün Yalamada 70 minlik qırmızı ordunun qarşısında 350 nəfərlə çıxmadılar ki, bu gün millət bəzi yırtıcı məmurların əlində əsir qalsın.
Onlar bilirdilər ki, sözsüz şəhid olacaqlar, sadəcə 2 saat vaxt qazanmaq, yəni Azərbaycan müstəqilliyi 2 saat artıq yaşasın deyə 300 dən çoxu şəhid oldu.

Kamil Musəvi, indi səni söyənlərdən və söydürənlərdən get soruş, gör o 300 nəfər şəhiddən üçünün adını bilirlərmi?

İşlətdiyin ifadə XƏTA idi, XƏYANƏT deyildi, qardaş! Yanlış yapdın, ikinici dəfə Salyanda “minanın üstünə çıxdın”…

Kamilin yaralı gözlərini, nədən bir də yaraladınız ki? Öpüb göz üstünə qoyulası o gözlərə qıyılarmı heç?

Bu status seçki təbliğatı yox, milli və hərbi-vətənpərvərlik təbliğatıdı.

Aqil Alışov

Share: