Kanada səfiri Rusiya XİN-ə çağırıldı

Kanada səfiri Elison Lekler Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

 

Qeyd olunub ki, buna səbəb rəsmi Ottavanın Rusiya ilə bağlı nümayiş etdirdiyi mövqedir.

 

Nazirliyin məlumatına görə, Kanadanın rəsmi hakimiyyət orqanlarının təbliğ etdiyi rusofobiya hərəkətləri normal diplomatik münasibətlərdən kənara çıxmaqdır.

Mənbə

Share: