Kanada xarici işlər nazirinin Ermənistana səfərinin tarixi açıqlanıb

Kanada xarici işlər nazirinin Ermənistana səfərinin tarixi açıqlanıb

Kanada xarici işlər naziri Melani Colinin Ermənistana səfərinin tarixi açıqlanıb.

Bu barədə Kanada Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, kanadalı nazir oktyabrın 25-dən 27-dək Ermənistanda səfərdə olacaq.

“Nazir Coli Ermənistanın paytaxtı İrəvanda olarkən xarici işlər naziri Ararat Mirzoyan, Ermənistanın Baş naziri və Ermənistan Respublikasının Prezidenti ilə Kanada və Ermənistan arasında ikitərəfli əlaqələrin gücləndirilməsi vasitələrini müzakirə edəcək. O, Kanadanın Ermənistandakı səfirliyinin açılışında iştirak edəcək”, XİN bildirib.

Mənbə

Share: