Kapital Bank müştərilərinin nəzərinə: Kart hesabını MilliÖn vasitəsilə artırmaq mümkün deyil

Kapital Bankın “Kart hesabının artırılması xidməti” MilliÖn (Milli Ödəmə Nöqtəsi) terminallarından yığışdırılıb.

 

Bu barədə TED.az-ın sorğusuna cavab olaraq Kapital Bankın 196 Sorğu xidmətindən bildiriblər.

 

 

Məlumata əsasən, bankın MilliÖn ilə mədaxilləri dayandırılıb: “Hazırda MilliÖn ilə mədaxillər dayandırılıb. Kart hesabının artırılması xidmətindən yalnız Kapital Bankın terminalları, yaxud eManat ödəniş terminalları vasitəsilə istifadə etmək mümkündür. Xidmətin MilliÖndə yenidən işə salınmasının tarixi bəlli deyil”.

 

Qeyd edək ki, daha geniş məlumat üçün məsələ ilə bağlı Kapital Bankın icmaiyyətlə əlaqələr şöbəsinə sorğu göndərmişik.

Share: