Kapital Bank şəhidlərin bütün borclarını sildi

Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən tərəfinin təxribatları nəticəsində Tovuz rayonunda qəhrəmancasına həlak olan 1976-cı il təvəllüdlü, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Anar Gülverdi oğlu Novruzovun həqiqətən Kapital Banka kredit borcu olduğu müəyyən olunub və bu borc tam olaraq Kapital Bank tərəfindən silinib.

Bunu “Millətin Səsi.az”-a açıqlamasında Kapital Bankın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov deyib.

O bildirib ki, bu ilin iyul ayında Tovuz istiqamətində gedən döyüşlər zamanı şəhid olmuş digər hərbçilərdən də bəzilərinin nağd pul, avans krediti və “BirKart”larına borclarının olduğu üzə çıxıb:

“Saytınız vasitəsilə onların da ailəsinə bildirmək istərdik ki, həmin borclar da Kapital Bank tərəfindən tam olaraq silinəcək. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Share: