Karantin məşhur cütlüyü ayırdı

Müğənni Kutsi ilə sevgilisi Feyza Çıpa ayrılmağa qərar verib.

Türkiyə mətbuatı xəbər verir ki, bu barədə Çıpa instaqramda məlumat yayıb. Karantin günlərini birlikdə keçirən cütlüyün anlaşa bilmədiyi üzə çıxıb.

Xatırladaq ki, məşhurlar 2012-ci ildə yayımlanan “Huzur sokağı” serialında tanış olmuşdu. Həmin vaxt Kutsi evli olmasına baxmayaraq, aktrisa ilə eşq yaşamağa başlamışdı. Müğənni həyat yoldaşından rəsmi şəkildə 2015-ci ildə ayrılmışdı. Onun ilk nikahından 2 qızı var.

İki həftə əvvəl Feyza Çıpa jurnalistlərə verdiyi açıqlamada “Pandemiyadan sonra evlənməyi düşünürük, inşallah yayda toy olacaq” desə də, müğənni bu sözlərə soyuq reaksiya vermişdi./publika.az

Share: