Karantin qaydalarının yumşaldılması iqtisadiyyata müsbət təsir göstərəcək

Karantin qaydalarının yumşaldılması, eləcə də bir sıra sahələrdə fəaliyyətin bərpa olunmasına icazə verilməsi iqtisadiyyata, eləcə də real sektora müsbət təsir göstərəcək.

Millətin Səsi.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat bildirib ki, açılışların xarakteri, eyni zamanda ümumi daxili məhsulun strukturu göstərir ki, karantin qaydalarınmın yumşaldılması nəqliyyat sektoruna müsbət təsir göstərəcək:

“Çünki rayonlar arası, o cümlədən Bakı ilə rayonlar arasında ictimai nəqliyyat bərpa olunub ki, bu da təbii ki, bu sahədə yeni dəyərin yaranmasına imnkan verəcək. Eyni zamanda metronun açılmasının nəqliyyat dövrüyyəsinə xüsusi təsiri olacaq. Bu baxımdan yumşalmaların nəqliyyat sektoruna böyük müsbət təsiri olacaq”.

V.Bayramovun sözlərinə görə, turizm sektoru da yumşalmalardan faydalanan sektorlardan biri olacaq çünki rayonlararası ictimai nəqliyyatın bərpa edilməsi həm də yerli turizmin inkişafını stimullaşdıracaq:

“Xüsusilə nəzərə alsaq ki, turizm mövsümü yaxınlaşır, turizm sektoru bu açılımlardan ən çox qazanan tərəflərdən biri olacaq. İctimai iaşə və xidmət sektoru da birmənalı şəkildə yumşalmalardan qazanan tərəfdir və bu baxımdan bu sektorda da əlavə dəyərin yaranması gözlənilir. Bütövlükdə ölkə iqtisadiyyatı yumşalma tədbirlərindən faydalanacaq və ÜDM-də artımın əldə edilməsinə imkan yaradacaq”.

artvin masaj

Share: