Karantin rejimi ilə bağlı vacib açıqlama

Hazırda müşahidə etdiyimiz tendensiya stabilləşməni göstərir. Artıq infeksiya nəzarət altındadır və stabilləşib. Mütəxəssislərin və şəxsən mənim fikrimcə, kəskin hansısa dəyişikliklərin edilməsi və ya yumşaldılmalara gedilməsi hələlik tezdir.

Milletinsesi.az Musavat.com-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyi yanında İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov bildirib.

O əlavə edib ki, artıq ali təhsil və orta məktəblərin yuxarı sinif şagirdlərinin tədrisinə start verilib:

“Bu, da yeni yumşaldılma tədbiridir. Bunun effektini müəyyən müddət ərzində öyrənməli və təhlil etməliyik. Çox ciddi problemlər bununla bağlı gözləmirik. Bunu bizə ABŞ-da və Avropada aparılan tədqiqatlar deməyə əsas verir.

Aparılan araşdırmalar göstərir ki, uşaqlar məktəb və məktəbəqədər müəssisələrdə yoluxmuş olurlarsa, müəllim heyətinin yoluxma riski çox aşağıdır. Müəllimlərin yoluxması onların ailə üzvlərindən evdə yoluxması ilə daha çox bağlıdır”.

Share: