Meksikada qısqanc ər çətin vəziyyətə düşüb. Həyat yoldaşını güdmək üçün tunel qazan kişi orada ilişərək, çıxa bilməyib.
Hadisə haqda “Mexico News Daily” informasiya portalı yazıb. Qrizelda Santilyan polisə müraciət edərək, evinin altında kiminsə gizlənməsi barədə məlumat verib. 58 yaşlı qadın son vaxtlar aşağıdan şübhəli səslər eşitdiyini bildirib. Santilyan qonşu qadınla evinin altına doğru tunel qazıldığını müəyyənləşdirib. Hadisə yerinə gələn asayiş keşikçiləri Qrizeldanın keçmiş həyat yoldaşı Sezar Arnoldo Qomesi tapıb. Kişi 24 saatdır oradan çıxa bilmirmiş.
Qomesin xilas edilməsi 45 dəqiqə sürüb. Kişini keçmiş arvadına yaxınlaşmamaq tələbini pozduğuna görə həbs ediblər. Santilyan bildirib ki, ərindən məhz onun aşırı qısqanclığına görə ayrılıb./Bizimyol.info