Keniyada partlayış nəticəsində 2 polis əməkdaşı həlak olub

Keniyanın şimal-şərqində Somali ilə sərhəd yaxınlığında baş verən mina partlayışı nəticəsində 2 polis əməkdaşı ölüb, 4-ü isə ağır yaralanıb.

Dadaab şəhərində polis maşını patrul xidməti zamanı minaya düşüb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Partlayışın arxasında “Aş-Şabab” terror qruplaşmasının yaraqlılarının ola biləcəyi güman edilir.

Qeyd edək ki, “Aş-Şabab” qruplaşması 2004-cü ildə Somalidə yaranıb. Onun 10 minə qədər yaraqlısı var.

Mənbə

Share: