KİA Çindəki ən köhnə zavodunu bağladı

Cənubi Koreyanın “KİA Motors” avtomobil şirkəti Çindəki ən köhnə zavodunu qapadıb.

Milletinsesi.az xəbər verir ki, bu məlumatı Cənubi Koreyanın “Çoson İlbo” qəzeti yayıb. KİA zavodun bağlanmasına Çin bazarında onun avtomobillərinə azalan tələbatla əlaqədar qərar verib. Cənubi Koreya şirkəti zavodun Çinin “Yueda Qrup” şirkətinə verəcəyi vurğulanıb.

Qeyd edək ki, bu zavod Çində 1999-cu ildən fəaliyyət göstərib və ildə 140000 avtomobil istehsal edib.

 

Share: