Kılıçdaroğlu: İqtidara gəlsək, S-400-ləri qaytarıb Suriyadan çəkiləcəyik

Iqtidara gələcəyimiz təqdirdə S-400-ləri geri qaytarıb, Suriyadan çəkiləcəyik.

Millətin Səsi.az Türkiyə mətbuatına istinadən  xəbər verir ki, bu sözləri CHP sədri Kamal Kılıçdaroğlu Ingilis mediasına verdiyi açıqlamada deyib.

Prezidentliyə namizəd olmaq üçün tez-tez digər partiya liderlərinə istinadlar edən Kılıçdaroğlu bu dəfə İngiltərə mətbuatında diqqəti çəkən açıqlamalar verib. Kılıçdaroğlunun S-400 ilə bağlı dediyi sözlər gündəm olub.

Londonda yerləşən Reuters agentliyinə danışan Kılıçdaroğlu Türkiyənin S-400 sistemlərini alması üçün heç bir səbəb görmədiyini və bunun Vaşinqtonla münaqişəyə səbəb olduğunu deyib.

“S-400-ləri kimin üçün istifadə edəcəyik? Bu sualın cavabını hələ almamışıq. Böyük məbləğdə pul ödənilib və hazırda anbardadır” deyə,  o bildirib.

Suriya məsələsi və suriyalı qaçqınların vəziyyətinə də toxunan Kılıçdaroğlu, hakimiyyətə gəlsələr, rejim lideri Əsədlə “diplomatik əlaqələri bərpa edəcəklərini və milyonlarla qaçqını geri göndərəcəklərini” bildirib.

Share: