
Türkiyənin 6 müxalif partiyası tərəfindən prezident postuna namizədliyi irəli sürülən CHP sədri Kemal Kılıçdaroğlu Məmləkət Partiyasının sədri Muharrem İnce ilə görüşüb.
Modern.az xəbər verir ki, Kılıçdaroğlu partiyanın qərargahına baş çəkib.
Görüşdən sonra mətbuata açıqlama verilib.
Qeyd edək ki, İnce Türkiyə prezidentliyə namizəd olmaq üçün yetərli sayda imza toplayan 2 siyasətçidən biridir.