İsti aylarda dondurmanın ləzzəti və sərinliyindən ləzzət alan insanların bəzilərinə üzücü xəbərimiz var. Həkimlər bildirir ki, bu xəstəliyi olanlara dondurma qəti qadağandır.
Medicina.az həmin siyahını təqdim edir:
– Diabet xəstələri
– Mədəaltı vəzi iltihabı olanlar – dondurmada olan həm müxtəlif yağlar, qatqılar, həm də soyuqluğu bu orqana mənfi təsir edir.
– Öd kisəsi iltihabı olanlara
– Qanda xolesterin səviyyəsi yüksəkdirsə
– Qastrit, mədə və 12 barmaq bağırsağı xorası zamanı – mədə və bağırsaqda spazmlar yaradır
– Miqren, baş ağrılarından əziyyət çəkənlərə – dondurma damarlarda spazm yaradır ki, bu da baş ağrısına təkan verir.
– Beyin qan dövranı pozğunluğu olanlara
– Dişlərində karies olanlara
– Ürəyin işemik xəstəliyi olanlar – çox soyuq dondurma yeyəndə damarlarda spazm yaranır ki, bu da ürək tutmasına səbəb ola bilər.
– 3 yaşa kimi uşaqlara
– Laringit, faringit, haymorit olanlar
– Boyun limfaları şişənlər