Heyva çox faydalı və müalicəvi meyvədir. Lakin bütün faydalı xüsusiyyətlərə baxmayaraq bəzi xəstəliklər zamanı heyva yemək olmaz.
Bu hansı xəstəliklərdir?
– Mədə və 12 barmaq bağırsağı xorası. Heyva selikli qişaları qıcıqlandırır.
– Enterokolit. Büzücü xüsussiyyətə malik olan heyva bağırsaqlarda spazm və bağırsaq keçirməməzliyi yarada bilər. Həmçinin heyva iltihablaşmış selikli qişaları daha da qıcıqlandırır.
– Qəbizlik.
Saglamolun.az bildirir ki, heyva bağırsaqları “yığır” və bu səbəbdən qəbizlikdən əziyyət çəkənlərə onu yemək olmaz.
– Heyva plevrit zamanı da ziyanlı sayılır.
– Heyva səs tellərinə mənfi təsir edə bilər. Bu səbəbdən müəllim, müğənni və s. kimi peşə sahiblərinə təzə heyva yeməyi tövsiyə edilmir.
Ümumiyyətlə hətta sağlam insanlar az miqdarda təzə heyva yeməlidir. Meyvə çətinliklə həzm olunur. Heyvanı yumşalana qədər suda və ya buxarda bişirib yemək daha faydalı sayılır.