ABŞ dəniz qüvvələrinin nüvə sualtı qayığı Koreya yarımadasında sığınacaq tapa bilməyəcək.
Axar.az xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen İnin bacısı Kim Yo Çjon deyib.
“ABŞ-ın strateji texnikaları Koreya yarımadasında sığınacaq tapa bilməyəcək. Koreyada liman və ya hərbi bazanın təhlükəsiz yer olmadığı mesajını çatdırmağa davam edəcəyik”, – o bildirib.