Bakıda “kirayə ev” adı altında vətəndaşları, əsasən də tələbələri aldadan şəxs saxlanılıb.
Bu barədə Modern.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.
Daşınmaz əmlak saytlarında “kirayə ev” adı altında elanlar yerləşdirməklə vətəndaşları kütləvi şəkildə aldadan 1993-cü il təvəllüdlü Bayram Məmmədov məsuliyyətə cəlb edilib. O ilkin ifadəsində hər gün 3 şəxsə, əsasən tələbələrə qarşı dələduzluq etdiyini etiraf edib.
Araşdırmalar davam etdirilir.
“Vətəndaşlara tövsiyə edirik ki, kirayə, yaxud digər daşınmaz əmlakla bağlı elan saytlarında tanımadıqları şəxslərə onlayn ödənişlər etməsinlər”, – rəsmi məlumatda deyilir.