ABŞ Prezidenti Donald Trampın “Huavey”lə ABŞ şirkətlərinin əməkdaşlığını qadağan etməsinin ardından Quqlun da bu markalı telefonların “Android” sistemi ilə təminatını dayandırması onsuz da keyfiyyətsiz olan bu telefonların satışını tamamilə öldürüb.
Çin istehsalı olan “Huavey” telefonlarının hələlik Quql-pley, xəritə, elektron poçt, Yutub girişi olsa da, bu müvəqqətidir. Bir müddət sonra heç bir istifadəyə yaramayacaq bu “ağıllı” telefonları heç mütəxəssislər də almağı məsləhət görmür.
İlk növbədə Çin istehsalı olduğu üçün heç bir şəkildə alınması məsləhət görülməyən və dəstəklənməyən bu telefonların bir müddət məşhurlaşması da tam təsadüfi idi. Bir müddət öncə alıcılıq qabiliyyəti yüksək olan “Huavey”lərin qiyməti həddən artıq şişirdilmişdi. Hətta dünyanın ən bahalı telefon markası hesab olunan “Əpl” (Apple) şirkətinə məxsus son model ayfonlardan (İPhone) belə yüksək qiymətə təqdim edilirdi. Bu gün isə “Huavey” telefonlarının satışını həyata keçirən mağazalar sözügedən telefonları dəyər-dəyməzinə satırlar.
Quqlla yanaşı, “İntel”, “Qualcomm”, “Xilinx”, “Broadcom”, “Panasonik”, “Maykrosoft”, “Vodafon” mobil operatorunun Britaniya bölməsi, Yaponiyanın mobil rabitə korporasiyaları “SoftBank”, KDDİ, NTT, “Amazon” şirkətinin Yaponiya bölməsi və ARM kimi şirkətlərin “Huavey”lə əməkdaşlığı dayandırması sözügedən şirkətin məhsullarının dəyər itirməsinə səbəb olub.
ABŞ Dövlət katibi Mayk Pompeonun sözügedən şirkətin istifadəçilərinin şəxsi məlumatlarını hakimiyyətə ötürməsi ilə bağlı dedikləri də haqlı olaraq heç kəsin bu telefonlara etibar etməməsinə gətirib.
Hər kəsə məlumdur ki, Feysbuk şirkəti özünün İnstaqram və Vatsap əlavələrini “Huavey” smartfonlarına yükləməyi artıq qadağan edib. Bütün dünya əhalisinin sosial şəbəkə istifadəçisi olduğunu nəzərə alsaq, deyə bilərik ki, “Huavey” telefonları artıq heç bir istifadəçi üçün arzuedilən deyil. Çünki bir müddət sonra Quql-pley, xəritə, elektron poçt, Yutuba girişi olmayacaq, Feysbuk, İnstaqram və Vatsap kimi sosial şəbəkələrdən istifadənin mümkün olmayacağı telefon müasir dünya insanı üçün əhəmiyyətsizdir. Həmçinin nəzərə almaq lazımdır ki, sözügedən “keyfiyyətlərə” sahib “ağıllı” telefon “kitayskidir”./axar.az