Kiyev-Bakı aviareysi açılır

“Ukrayna Beynəlxalq Hava Yolları” Kiyevdən Bakıya birbaşa uçuşları bərpa etməyi planlaşdırır.

Milletinsesi.az xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.

Bildirilib ki, martın 13-dən etibarən Kiyevdən Bakıya aviareyslərin həftədə iki dəfə (çərşənbə axşamı və şənbə günləri) həyata keçirilməsi nəzərdə tutulub. Şirkət aviabiletlərin satışını açıq elan edib.

Share: