“Kiyev dialoqa hazır deyil” – Lavrov Zelenskinin “sülh düsturu”nu qəti şəkildə rədd edib…

“Kiyev dialoqa hazır deyil” – Lavrov Zelenskinin “sülh düsturu”nu qəti şəkildə rədd edib…

“Kiyev danışıqlar aparmaq qabiliyyətində deyil, çünki Ukraynanın indiki siyasətçiləri açıq-aşkar rusofobdur…”

 

“Kiyev hakimiyyəti fərqli fikirlərin qarşısını alır və narazılara divan tutur…”

 

“İranla nüvə sövdələşməsi çox gözəl işləyib, lakin ABŞ və Avropa üzərinə düşən öhdəlikləri pozub…”

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Rusiya Ukrayna prezidenti Vladimir Zelenskinin irəli sürdüyü “sülh düsturu” şərtlərilə danışıqlardan imtina edir.

 

Moderator.az xəbər verir ki, bu barədə o, “RİA Novosti” agentliyinə verdiyi müsahibəsində bəyan edib.

 

Lavrov Kiyevin danışıqlar aparmaq qabiliyyətinin olmadığını qeyd edib, “çünki Ukraynanın indiki siyasətçiləri açıq-aşkar rusofoblardır”.

 

“Görünən odur ki, Kiyev dialoqa hazır deyil.  Müxtəlif cür ideyalar və “sülh düsturları” irəli sürərək, Zelenski Qərbin köməyilə qoşunlarımızın Rusiyanın Donbas, Krım, Zaporojye və Xerson ərazilərindən çıxarılmasına, Rusiyanın reparasiyalar ödəməsinə, beynəlxalq tribunallara təslim olmasına nail olmaq barədə xülyalarla yaşayır. Aydındır ki, biz belə şərtlərlə heç kimlə danışmayacağıq”, – rusiyalı nazir deyib.

 

O, Ukraynada adekvat siyasətçilərin qalmasına şübhə etdiyini ifadə edib və Kiyev hakimiyyətini “fərqli fikirlərin qarşısının alınmasında və narazılara divan tutulmasında” ittiham edib.

 

Xatırladaq ki, 10 bənddən ibarət “sülh düsturu”nu Zelenski noyabr ayında G20 sammitində səsləndirib.

 

Öz müsahibəsində Lavrov Qərbi İranla nüvə sövdələşməsində məğlub mövqeyinə görə ittiham edib.

 

“Qərbdə elə hey deyirlər ki, hər şey bitib. Yenidən dünyanı İran təhlükəsindən qorxmağa məcbur edirlər. Amma yaddan çıxarırlar ki, Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) çox gözəl işləyib, amma ABŞ bir saatın içində “nüvə sövdələşməsi”ndən vaz keçib və özünün BMT TŞ 2231 saylı qətnaməsi üzrə öhdəliklərini pozub”, – Lavrov deyib.

 

O, qeyd edib ki, hər şey detallarınadək işlənib hazırlanıb. Siyasi iradə olarsa, belə ssenari gerçəkləşə bilər. O başqa məsələdir ki, finişə çatanda amerikalı və avropalılar kəskin surətdə fəaliyyətlərindən qaldılar və İranda daxili siyasi vəziyyəti gərginləşdirməyə başladılar”, – Lavrov bəyan edib.

Mənbə

Share: