“Kiyev, Donbas və Moldovaya zərbələr endiriləcək…”

“Kiyev, Donbas və Moldovaya zərbələr endiriləcək…”

“Əgər rusiyalılar bütöv Donbası zəbt etsələr, işğal edilən əraziləri alınmaz qalaya çevirəcək…”

 

“Rusiya ordusu Ukraynanın qərbinə doğru irəliləyərsə, Qərbin silah tədarükünün qarşısını ala və Ukrayna hökumətini təslim olmağa vadar edə bilər…”

 

“Belarus Rusiyanın mümkün hücumunda həlledici rol oynayacaq…”

 

Almaniya müdafiə nazirliyi güman edir ki, rusiyalıların Ukraynaya yeni hücumu aprel ayında başlaya bilər. Bu zaman Kreml bu müdaxiləyə Belarusu cəlb etməyə cəhd göstərəcək, bunu Ukrayna hakimiyyəti dəfələrlə bəyan edib. 

 

Moderator.az xəbər verir ki, bununla bağılı Almaniya KİV-ləri- “Neue Zürcher Zeitung”,

“Kreiszeitung” və “Focus” nəşrləri bu əməliyyatın iki mümkün ssenarisini proqnozlaşdırıb.

 

Birinci ssenari: Putin bütün Donbası zəbt etmək istəyir

 

Bu variant Rusiya ordusunun Donbasa genişmiqyaslı hücumunu nəzərdə tutur, bu zaman Belarus ordusu diqqəti yayındıran rol oynayacaq: rusiyalılar bütün qüvvələrini Donbasa yönəltdiyi zaman Belarus prezidenti Ukraynada sərhəddə on minlərlə əsgər yerləşdirəcək. Nəticədə Ukrayna Silahlı Qüvvələri bölünməyə məcbur olacaq və Donbası tam gücü ilə müdafiə edə bilməyəcək.

 

Yeri gəlmişkən, alman mütəxəssisləri Belarusun müharibəyə birbaşa müdaxiləsini az ehtimal edir: “Lukaşenko, böyük ehtimalla, müdaxilə etməyəcək, maksimum öz ordusunu təhdidedici jestlər üçün yerləşdirəcək, çünki Belarus hakiminə daxili siyasi təzyiq həddən artıq çoxdur.

 

“Əgər rusiyalılar bütöv Donbası zəbt etsələr, onlar işğal edilmiş əraziləri ukraynalıların xeyli çətinliklə onları azad edəcəyi qalaya çevirəcəklər, Almaniya müdafiə nazirliyi bundan şübhələnir. Bundan sonra Putin Ukraynaya yeni danışıqlar təklif edəcək”, – “Focus” nəşri yazıb.

 

İkinci ssenari: Putin Lukaşenkonun köməyi ilə bütün Ukraynanı zəbt etmək istəyir

 

Alman ekspertləri belə ssenarini az ehtimal edir, çünki o, daha miqyaslıdır və Rusiyadan həddən artıq çox resurslar tələb edəcək.

 

Analitiklərin fikrincə, Ukrayna ərazisində hadisələrin bu cür inkişafı iki cəbhədə ola bilər: Belarus qoşunları Kiyev üzərinə gedəcək, bu zaman Rusiya qüvvələri bütün Donbas boyunca hücuma keçəcək. Ekspertlər Ukraynanın qərb vilayətlərinə də zərbələri ehtimal edir.

 

“Əgər Putinin ordusu Ukraynanın qərbinə doğru irəliləyərsə, qoşunlar Qərbin tədarükünün qarşısını ala və Ukrayna hökumətini təslim olmağa vadar edə bilər, – “Kreiszeitung” nəşri yazıb.

– Lakin bu strategiya Rusiyadan ümumi səfərbərlik tələb edəcək, çünki Rusiya ordusu artıq Ukraynada müharibədən xeyli zəifləyib və böyük sayda əsgər tələb edir”.

 

Rusiyanın daxili siyasi səbəblərini nəzərə alaraq, alman mütəxəssisləri Kremlin buna qərar verəcəyini şübhə altına alır.

 

“Eyni zamanda, müdafiə naziri Sergey Şoyqu bir neçə gün öncə bəyan edib ki, ordunun sayı 1, 5 milyon əsgərədək artırılmalıdır. Hazırda 200 min əsgər hazırlıq keçir, bu barədə Putinin özü bəyan edib”, – müəlliflər qeyd edib.

 

“Focus” yazır ki, belə ssenaridə rusiyalılar Polşa sərhəddinədək çatmağa cəhd edəcək. Onların məqsədi “Qərbdən silah tədarükünə mane olmaq və Moldovadan ayrılan Dnestryanını işğal etməkdir”.

 

“Amerikanın müharibənin öyrənilməsi İnstitutunun ( ISW) məlumatına görə, Belarus, ehtimal ki, Rusiyanım mümkün hücumunda həlledici rol oynayacaq. Rusiya çoxdandır Ukraynanın şimalında mümkün

hücum üçün şərait yaradır. Belarus və Rusiya artıq Ukraynada müharibə ərəfəsində birgə hərbi təlim keçirib. Bundan tez bir zaman sonra Rusiyanın Ukraynaya hərbi müdaxiləsi baş verib”, – “Focus” yazıb.

Mənbə

Share: