“Kiyev Pentaqonun məxfi sənədlərinin sızdırılmasından sonra son dərəcə ehtiyatlı davranır…”

“Kiyev Pentaqonun məxfi sənədlərinin sızdırılmasından sonra son dərəcə ehtiyatlı davranır…”

“ABŞ Ukraynanın Ağ evə zəng edəcəyini və  əks-hücumun “X” günü “Y” saatında başlayacağı barədə deyəcəyini gözləmir”  

 

“Onlar bizi xəbərdarlıq etməyə və əvvəlcədən nələrisə bizə məlumat verməyə borclu deyil…”

 

ABŞ Kiyevin qarşıdakı əks-hücumu barədə hansı təfsilatları bölüşdüyündən danışıb

 

Kiyev özünün qarşıdakı əkshücumunun təfsilatlarını öz müttəfiqlərindən son dərəcə gizli saxlayır, məqsəd Ukrayna Silahlı Qüvvələrinin (USQ) döyüş meydanında təhlükəyə məruz qoyulmamasıdır.

 

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna hərbi rəhbərliyi ilə əlaqədə olan Avropanın iki rəsmi şəxslərinə istinadən Amerikanın “Politico” nəşri yazıb.

 

Nəşrin mənbələri deyib ki, Kiyev Pentaqonun məxfi sənədlərinin sızdırılmasından sonra son dərəcə ehtiyatlı davranır.

 

“Sızdırılmış sənədlərdə Ukraynada müharibə, USQ-nin mövqeləri, onların silah ehtiyatı və Ukraynanın itkiləri barədə müfəssəl məlumatlar var. 

 

Sızdırılmadan ötən bir neçə gün ərzində ABŞ rəsmi şəxsləri Kiyev və Avropada müttəfiqlərini gələcəkdə belə halların qarşısının alınması üçün tədbirlər gördüyünə inandırmağa cəhd edib. 

 

Lakin indi ukraynalılar müttəfiqləri ilə əkshücum barədə istənilən məlumatı bölüşməkdən çəkinir”, – “Politico” yazır.

 

Ukyayna deputatlarından biri anonim qalmaq şərtilə deyib ki, Kiyevdə yüksək vəzifəli məmurlar əkshücumun təfsilatlarını hətta öz həmkarlarından gizli saxlayır.

 

“Ölkədə bu plan haqqında bir neçə adam məlumatlıdır”, – deputat əmin edib.

 

ABŞ Milli Təhlüləsizlik Şurasının nümayəndəsi kontr-admiral Con Kirbi Ağ evin ukraynalıların onu məlumatsız qoyacağından ehtiyat edib-etmədiyi barədə sualına cavabında deyib: “Onlar bizi xəbərlarlıq etməyə və əvvəlcədən nələrisə bizə məlumat verməyə borclu deyil”.

 

O, əlavə edib ki, ABŞ əvvəlkitək ukraynalılara dəstək verir, onlara gerçək zaman rejimində məlumatları, o cümlədən kəşfiyyat məlumatlarını təqdim edir.

 

“Biz diqqəti ona yönəldirik ki, hücum etməyə hazır olduqda onlar bütün zəruri olanlara malik olsunlar”, – kontr-admiral qeyd edib.

 

Bayden administrasiyasının digər nümayəndələri deyib ki, Ukrayna heç vaxt öz planlarını Birləşmiş Ştatlardan gizlətməyib. Lakin Vaşinqton və Kiyevin sıx təmasda olduğuna rəğmən, ukraynalılar heç də hər şeyi bölüşmür.

 

Ona görə də ABŞ-ın “Ukraynanın Ağ evə zəng edəcəyini və əkshücumun “X” günü, “Y” saatında başlayacağını deməsi barədə gözləntiləri yoxdur.

 

“Onlar lap əvvəldən məlumat verməkdə xəsis olub”, – ABŞ prezidenti administrasiyasının nümayəndəsi vurğulayıb.

Mənbə

Share: