Kiyev qaranlığa büründü: Lvov da işıqsız qaldı 

Bu gecə Kiyev vilayəti qaranlığa bürünüb və elektrik enerjisinin verilməsində böyük fasilələr yaranıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski özünün teleqram kanalında məlumat yayıb.

 

Zelenski bildirib ki, buna səbəb ölkənin enerji depolarının ruslar tərəfindən məhv edilməsi və ya ciddi zərər görməsidir.

 

Prezidentin sözlərinə görə, Vinnitsiya və Lvovda da enerji stansiyaları Rusiya tərəfindən məhv edilib. Ona görə də hər üç vilayətdə enerjinin verilməsində ciddi problem yaşanır.

 

Bundan əlavə, Zelenski Qərb ölkələrini Rusiya raketlərindən müdafiə olunmaq üçün Ukraynaya yeni raket əleyhinə sistemlər göndərməyə çağırıb.

 

Turan 

Mənbə

Share: