“Kiyevdə düz 4 dəfə 9 May hərbi paradında iştirak etmişəm…-Heç ağlımıza gəlməzdi ki…”

“Kiyevdə düz 4 dəfə 9 May hərbi paradında iştirak etmişəm…-Heç ağlımıza gəlməzdi ki…”

“Haçansa Putin kimi bir axmaq diktatorun başçılığıyla ruslar Ukrayna torpaqlarını birbaşa işğal etməyə, özlərini isə məhv etməyə girişəcəklər…”

 

“Kiyev Ali Ümumqoşun Komandirlər Məktəbində düz 4 il oxumuşam- 1982-1986-cı illərdə. Və həmin illərdə 4 dəfə 9 May, 4 dəfə də o vaxt bayram edilən 7 noyabrda – oktyabr sosialist inqilabının ildönümlərində hərbi paradda iştirak etmişəm. Və o illər hələ sovet təbliğatı, xalqlar dostluğu düşüncəsi o qədər güclü idi ki,  nə azərbaycanıların ağlına gələrdi ki, bir neçə müddət sonra Sovet İttifaqı dağılacaq və ermənilərlə silahlı münaqişəyə cəlb olunacağıq,  nə də ukrayınlar düşünməzdi ki, haçansa Putin kimi bir axmaq diktatorun başçılığıyla ruslar onların torpaqlarını birbaşa işğal etməyə, özlərini isə məhv etməyə girişəcəklər”.

Bunu Moderator.az-a açıqlamasında tanınmış Qarabağ qazisi, polkovnik Azay Kərimov söyləyib.

 

“Biz orada təhsil aldığımız müddətdə Kiyevin mərkəzi meydanında, dediyim kimi, 9 mayda və 7 noyabrda canlı qüvvə və hərbi texnikanın keçidi ilə baş tutmuş hərbi paradlarda iştirak etmişəm. Özüm də kursant kimi Kiyev Ali Ümumqoşun Komandirlər Məktəbinin müdavimlərindən qurulmuş birliklərin tərkibində tribunalar önündən keçmişəm.  Sizə təqdim etdiyim foto da o paradlardan birində çəkilib. Və həmin tədbirlərə o dövrdə SSRİ-də yaşayanların çoxu, xüsusən də hərbçilər, kursantlar  həvəslə və ciddi şəkildə hazırlaşırdılar. Onu da deyim ki, 5 dəfə də Qazaxıstanın o vaxtkı paytaxtı Alma-Atıda artıq zabit kimi 9 may paradlarında iştirak etmişəm”- deyə polkovnik əlavə edib.

 

Sultan Laçın

 

Mənbə

Share: