
Kiyev şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko 2023-cü il martın 26-dan etibarən Kiyevdə komendant saatının müddətinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb.
Modern.az xəbər verir ki, bu barədə məlumatı Kiyev şəhər Hərbi Administrasiyası “Telegram” hesabında paylaşıb.
Yeni qərara əsasən, martın 26-dan komendant saatı 00:00-dan 05:00-a qədər olacaq.
Qeyd edək ki, bundan öncə komendant saatı 00:00-dan 06:00-a kimi davam edirdi.