
“İşğal edilmiş ərazilərdə nə qədər adamın seksual zorakılıqdan sakitcə əzab çəkdiyi bəlli deyil…”
Zelenskaya Rusiya hərbçiləri tərəfindən seksual zorakılıq hallarından danışıb
O, qeyd edib ki, təkcə qadınlar deyil, kişilər və uşaqlar da rusiyalıların qurbanı olub.
Moderator.az xəbər verir ki, bu barədə Ukraynanın birinci xanımı Yelena Zelenskaya Lvovda keçirilən “United for Justice” konfransında məlumat verib. Məlumatı “Meduza” nəşri yayıb.
Uktaynada rusiyalı hərbçilər tərəfindən mülki ukraynalılara qarşı 171 seksual zorakılıq halları qeydə alınıb.
O, əlavə edib ki, belə zorakılığa həm də 39 kişi məruz qalıb.
“Bu rəqəmlərdə təkcə qadınlar deyil, zərərçəkənlər arasında 39 kişi, 13 həddi-buluğa çatmayanlar var, onlardan biri oğlandır. Bunlar etiraf edilən zorakılıq hallarıdır. İşğal edilmiş ərazilərdə nə qədər adamın sakitcə əzab çəkdiyi isə bəlli deyil”, – o, qeyd edib.
Zelenskaya bəyan edib ki, zorlanan dinc ukraynalıların sayı və gizli olmaması rusiyalı hərbçilərin şüurlu siyasətidir.
O, demokratik dünyaya müraciət edərək bəyan edib ki, rusiyalların zorlama və hərbi cinayətlərinin pislənməsi presedent olmalıdır. Dünyada istənilən potensial təcavüzkar belə halların cəzasız qalmayacağına əmin olmalıdır.
O, həmçinin ayrı-ayrı seksual zorakılıq halları barədə də danışıb. Bu cinayətləri Baş Prokurorluğun Ofisi araşdırır.
Xerson vilayətində rusiyalı hərbçi silahla təhdid edərək 62 yaşlı qadını zorlayıb.
Kiyev vilayətində qəsbkarlar ana və qızını zorlayıb, atanı isə döyərək buna baxamağa məcbur edib.
Kiyev vilayətində daha bir ailə-ana, qızı və nəvəsi iki həftə ərzində işğalçılar tərəfindən zorakılığa məruz qalıb.
Svyatoqorskda bir qadın üç rusiyalı hərbçi tərəfindən zorlanıb.
Zelenskaya qeyd edib ki, bütün zərərçəkənlərə psixoloji yardım göstərilir.
2023-cü ilin yanvarında Ukrayna Baş Prokurorluğunun Ofisi məlumat verib ki, rusiyalı hərbçilər tərəfindən 155 seksual zorakılıq halları qeydə alınıb. Belə hallar ən çox Xerson və Kiyev vilayətlərində, uyğun olaraq 65 və 52 dəfə baş verib.
Rusiyanın Ukraynada hərbi cinayətləri barədə məlumat toplayan BMT sentyabr ayında məlumat verib ki, seksual zorakılığa məruz qalanlar 4 yaşdan 82 yaşadək olub.