Kiyevdə xəstəxanada vuruldu:ölən var

Kiyevdə xəstəxanada vuruldu:ölən var

Yanvarın 5-nə keçən gecə Kiyevin Obolon rayonunda fəaliyyət göstərən dördmərtəbəli xəstəxana binasına zərbə endirilib.

Milletinsesi.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Bildirilib ki, hücum zamanı baş verən yanğın söndürülüb, bina yoxlanılarkən bir nəfərin meyiti də aşkar edilib.

Xilasedicilər 25 nəfərin təxliyə edildiyini, üç nəfərin isə xəsarət aldığını bildiriblər. Hadisə yerində 50-yə yaxın xilasedici və 10 ədəd yanğın-xilasetmə texnikası çalışıb.

Gecə ərzində Ukrayna ərazisinə pilotsuz uçuş aparatları, ballistik və qanadlı raketlərdən ibarət hücumun həyata keçirildiyi qeyd olunub.

Zərbələrin Kiyev və ətrafı, Çerniqov şəhəri, eləcə də Sum, Çerkası, Poltava, Xarkov, Dnepropetrovsk və Jitomir vilayətlərində hərbi və enerji infrastrukturu obyektlərinə endirildiyi vurğulanıb.

Share: