“Kiyevin mərkəzi meydanı tezliklə Rusiya meydanı olacaq…”

“Medvedevi müvəqqəti mövcud olan Rusiya günü münasibətilə təbrik edir, ona dəli köynəyi göndərirəm…”

 

Medvedev rusiyalıları Kiyevin mərkəzi meydanının şəklilə Rusiya günü münasibətilə təbrik edib, Kiyevin cavabı özünü çox gözlətməyib

 

Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev öz bloqunda Kiyevin mərkəzi meydanı olan Müstəqillik Maydanında üçrəngli bayraq yerləşdirərək rusiyalıları Rusiya günü münasibətilə təbrik edib.

 

Moderator.az xəbər verir ki, bu barədə o, özünün “Telegram-kanal”ında yazıb.

 

“Maydan незалежностi. Tezliklə Rusiya meydanı olacaq”, – o, iddia edib (nezalejnost “baş tutmayan müstəqillik” mənasında işlənib).

 

Ukrayna Milli Təhlüksizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Rusiya Günü münasibətilə Medvedevə cavab vermək qərarına gəlib.

 

Danilov Medvedevə heç də az olmayan bədii üslubda cavab verib.

 

“Psixoloji böhran menecmentindən olan həmkarlarımdan Medvedevə bunu çatdırmağı və eyni zamanda müvəqqəti mövcud olan Rusiya günü münasibətilə təbrik etməyi xahiş etmişəm”, – Danilov yazıb.

 

O, öz “təbrikinə” dəli köynəyinin (coşqun dəlilərə geyindirilən xüsusi paltar-red.) təsvirini əlavə edib və qeyd edib ki, məhz bu aksessuar Rusiya Federasiyasının sabiq prezidentinə daha çox uyğun gəlir.

Mənbə

Share: