Klaar Papikyanla görüşdə Laçını yolunu müzakirə etdi

Klaar Papikyanla görüşdə Laçını yolunu müzakirə etdi

Ermənistanın müdafiə naziri Suren Papikyan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüş keçirib.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, görüş Klaarın İrəvana səfəri çərçivəsində baş tutub.

 

Bildirilib ki, görüşdə Aİ-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri, səfir Andrea Viktorin də iştirak edib.

 

Laçın dəhlizi ətrafındakı mövcud vəziyyət barədə fikir mübadiləsi aparılıb. Tərəflər regional hadisələri də müzakirə ediblər. 

 

“Aİ XİN başçıları Komitəsinin iclasında Ermənistanda Aİ-nin yeni mülki monitorinq missiyasının həyata keçirilməsi ilə bağlı qərarın qəbul ediləcəyinə ümid ifadə olunub”, – deyə məlumatda qeyd edilib.

Mənbə

Share: