
Bu gecə klublararası dünya çempionatının qalibi bəlli olacaq.
Milletinsesi.az QOL.az-a istinadən xəbər verir ki, ABŞ-də keçirilən turnirin final oyununda Fransanın PSJ və İngiltərənin “Çelsi” klubları üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Xatırladaq ki, PSJ 2024/2025 mövsümündə UEFA Çempionlar Liqasının, “Çelsi” isə Konfrans Liqasının qalibi olub.