Helikopter qəzasında dünyasını dəyişən amerikalı basketbolçu Kobi Brayantın adı əbədiləşdiriləcək.
Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İtaliyanın Redco-Emiliya şəhərinin meri Luka Vekki Feysbuk hesabında məlumat verib.
Onun sözlərinə görə, həmin şəhərdə meydanlardan birinə əfsanəvi basketbolçunun adı veriləcək. Vekki Brayantın uşaq ikən Redco-Emiliyada yaşadığını və yerli basketbol klubunun şərəfini qoruğunu söyləyib.
Xatırladaq ki, helikopter qəzası nəticəsində Kobi Brayant və onun 13 yaşlı qızı Cianna ilə birlikdə 9 nəfər vəfat edib.