Ermənistan Respublikasının 2-ci prezidenti Robert Köçəryan gələn həftənin bazar ertəsi günü Ermənistan ictimiayyətilə görüşəcək.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu haqda Robert Köçəryanın oğlu Levon Köçəryan bildirib.
O, görüşün bazar ertəsi saat 13:00-da İrəvandakı “Moskva” kino evində keçiriləcəyini qeyd edib.
Ermənistan müxalifəti son günlər yenidən aktivləşib. Müxalifət Ermənistan-Azərbaycan sərhəddində baş vermiş böyük itkilərlə nəticələnmiş hərbi toqquşmalar fonunda baş nazir Nikol Paşinyana qarşı birləşməyə cəhd edir.