
Ermənistanın eks-prezident iRobert Köçəryanın və onun ailə üzvlərinin qeyri-qanuni mənşəyinə görə əmlakı avtomobilləri, pul əmanətləri müsadirə oluna bilər.
Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Antikorrupsiya Məhkəməsi müvafiq addımlar ata bilər.
Belə ki, məhkəmə Baş Prokurorluğun bəyanatı əsasında eks-prezidentin və ona bağlı şəxslərin əmlakına həbs qoyub.
Qeyd olunub ki, söhbət 20 ədəd daşınmaz əmlakdan, 2 avtomobildən, 1,5 milyon dollar dəyərində depozit və qiymətli kağızlardan, 10 milyard dram kreditlərdən, hətta erməni və xarici şirkətlərdəki səhmlərdən gedir.