
“Ermənistan və Fransa müdafiə nazirləri hərbi əməkdaşlığın bəzi elementlərini müzakirə edəcəklər”.
Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin müdafiə üzrə komissiyasının rəhbəri Andranik Koçaryan jurnalistlərə bildirib.
“Gündəlikdə bir çox məsələlər var – təhsildən tutmuş hərbi təmaslara qədər. Ermənistan müdafiə sahəsində əməkdaşlığı genişləndirir”, – o qeyd edib.
Xatırladaq ki, bundan əvvəl Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Oliviye Dekotini X-də yazmışdı ki, Fransanın müdafiə naziri Sebastian Lekornyu gələn həftə erməni həmkarı Suren Papikyan ilə əlaqə saxlayacaq. Diplomatın sözlərinə görə, məqsəd əməliyyat və konkret fəaliyyətin nəticələrini ümumiləşdirməklə əlaqədardır.
“Fransa Ermənistanın yanındadır”, – deyə səfir nazirdən sitat gətirmişdi.
