Kolumbiyada güclü zəlzələ baş verib.
Modern.az yerli mətbuata istinadən xəbər verir ki, 5.2 bal gücündə olan zəlzələ ölkənin şimalında və Venesuelanın qərbində hiss edilib.
Bildirilir ki, zəlzələ 161 km dərinlikdə baş verib və yüngül silkələnmə qeydə alınıb.
Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.