Komitə sədri Fransaya səsləndi: Həddinizi aşmayın!

Fransa Milli Assambleyası Senatın qətnaməsini kopyalayıb.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov parlamentin dekabrın 2-də keçirilən plenar iclasında deyib.

 

“Fransa xarici işlər naziri qeyd edib ki, bu, Fransa hakimiyyətinin mövqeyini bildirmir. Bu qədər ikiüzlülük, bu qədər yalan olar? Bu qətnamədə yenə “Dağlıq Qarabağ” yazırlar. Orada Ermənistan abidələrinin qorunmasından danışırlar. Hansı erməni abidələrindən danışılır? Hamsı Azərbaycan abidəsi olub. Bu günə qədər Fransa 5 ölkə yaradıb, amma içini qura bilməyib. Fransa niyə qoymur ki, Azərbaycan və Ermənistan arasında sülh yaradılsın, niyyəti nədir? Bilin və agah olun, Fransa, həddinizi aşmayın, Qarabağ Azərbaycandır!” – komitə sədri çıxışında vurğulayıb.

 

Mənbə

Share: