
Kommersiya, bank sirri olan məlumatları qanunsuz yolla əldə edənlər və yayanlar cəzalandırılacaq.
Modern.az xəbər verir ki, bu barədə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanun layihəsində qeyd olunub.
Qanuna əsasən, həmin şəxslər min manatdan üç min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, ya da edilməməklə bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.