“Çelsi”nin sabiq baş məşqçisi Antonio Kontenin “İnter”ə keçidi rəsmiləşmək üzrədir.
Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, 49 yaşlı mütəxəssis A seriyası təmsilçisi ilə 3 illik müqavilə imzalamaqla bağlı razılığa gəlib. O, yeni klubunda ilinə 10 milyon avro qazanacaq.
Xəbərdə “İnter”in hazırkı baş məşqçisi Lusiano Spalettinin ölkə çempionatının son turunda “Empoli” ilə oyununun nəticəsindən asılı olmayaraq, istefaya göndəriləcəyi vurğulanıb.