“Könüllü DOST” proqramına son iki ayda 5 mindən çox müraciət olub

“Könüllü DOST” proqramına bu ilin yanvar-fevral ayları ərzində 5,1 min müraciət olub, 229 nəfər proqrama cəlb edilib. 

Bu barədə Millətin Səsi.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verib.

Bildirilib ki, “Könüllü DOST” proqramı “Gənc DOST”, “Gümüşü DOST”, “Distant DOST”, “Korporativ DOST”, “İnklüziv DOST” kimi altproqramları əhatə edir. Müraciətlərin böyük əksəriyyəti “Gənc DOST” altproqramı üzrə olub. 

Proqram iştirakçıları DOST mərkəzlərində vətəndaşların qarşılanaraq xidmət pəncərələrinə yönləndirilməsi, vətəndaş axınının idarə edilməsi, vətəndaşların məlumatlandırılması və s. işlərdə köməklik göstərirlər. 

Könüllük fəaliyyəti eyni zamanda onların xidmət sahəsində təcrübə, işgüzar vərdişlər əldə etmələrinə kömək edir. Fərdi inkişaf və karyera yolunda da yeni imkanlar yaradır.

Share: