
Koreya Respublikasının (Cənubi Koreya) həbsdə olan eks-prezidenti Li Myunq Bak haqqında əfv qərarı çıxarılıb.
Modern.az “The Korea Herald”a istinadən xəbər verir ki, hökumətin bu qərarı artıq prezident tərəfindən təsdiqlənib.
Korrupsiya ittihamı ilə 2020-ci ildə 17 illik həbsə məhkum olunan sabiq prezident azadlığa çıxacaq.
Qeyd edək ki, o, 2008-2013-cü illərdə Koreya prezidenti olub.