Korona xəstəxanasında rüşvət alanların saxlanma – Videosu

“Yeni klinika” tibb müəssisənin direktoru Pərviz Akif oğlu Abbasov və Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi İmran Əli Ağa oğlu Ağayevin həbs edilməsi ilə bağlı videogörüntülər yayılıb.

Millətin Səsi.az xəbər verir ki, videogörüntülərdə həbs edilən hər iki şəxsin rüşvət alarkən yaxalanması əksini tapıb.

Qeyd edək ki, rəsmi məlumata görə, “Yeni klinika” tibb müəssisənin direktoru P.Abbasov Pərviz və FHN-in Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi İ.Ağayev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olan məlumat əsasında həyata keçirilən əməliyyat-istintaq tədbirləri zamanı saxlanılıb. Həmin şəxslərin barəsində həbs qətimkan tədbiri seçilib.

Share: